Hərbi qulluqçumuz 5-ci dəfə dünya çempionu adına layiq görülmüşdür

Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu baş gizir Heydərli Orxan Qorxmaz oğlu 24–26 aprel tarixlərində Türkiyənin İstanbul şəhərində keçirilən şotokan karate üzrə 16-cı dünya çempionatında uğurla çıxış etmişdir.
Bu barədə Azturkxeber.az-a Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən məlumat verilib.
Belə ki, idmançımız kişilər arasında 84+ kq çəki dərəcəsində bütün rəqiblərinə qalib gələrək 5-ci dəfə dünya çempionu adına layiq görülmüşdür.
Yarışda iştirak edən müxtəlif ölkələrin güclü idmançıları arasında yüksək peşəkarlıq nümayiş etdirən Heydərli Orxan Qorxmaz oğlu final mərhələsində də üstünlüyünü qoruyaraq qələbəni təmin etmişdir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: