azturkxeber.az
http://azturkxeber.az

FHN-in Bakı Regional Mərkəzi elmi-praktik konfrans keçirib

27-04-2026

Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzi və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) birgə təşkilatçılğı ilə “Ali təhsil müəssisələrində fövqəladə hallar zamanı xəbərdarlığın təşkili”mövzusunda Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) elmi-praktik konfrans keçirilib.

Konfransda Bakı şəhərində yerləşən ali təhsil müəssisələrinin tələbə elmi cəmiyyətlərinin fəalları, həyat fəaliyyətinin təhlükəsizliyi ilə bağlı fənnlərin tədris olunduğu ali məktəblərin professor-müəllim heyəti, aspirant və tələbələri iştirak ediblər.

Elmi konfransı giriş sözü ilə açan ADNSU-nun ümumi işlər üzrə prorektoru Elnur İsmayılov bu tipli tədbirlərin əhəmiyyətindən danışıb və konfransın işinə uğurlar arzulayıb.

Sonra FHN Bakı Regional Mərkəzinin rəisinin birinci müavini polkovnik İlqar Səfərov tədbirin məqsədi barədə məlumat verib, bu cür tədbirlərin keçirilməsinin vacibliyindən və tələbələrin təhlükəsizliyinin diqqət mərkəzində saxlanılmasının əhəmiyyətindən bəhs edib.

Konfransda tələbələrin mövzu üzrə təqdimatları dinlənilib, Fövqəladə Hallar Nazirliyinin fəaliyyət istiqamətləri və strukturu barədə videoçarx nümayiş olunub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    April 2026    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
27282930