azturkxeber.az
http://azturkxeber.az

Dövlət Məşğulluq Agentliyinin təşkilatçılığı ilə Məktəbli Gənclərin İnkişafı Yay Düşərgəsi keçiriləcək

27-04-2026

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin təşkilatçılığı və Dövlət Vergi Xidmətinin dəstəyi ilə 1–5 iyul tarixlərində Məktəbli Gənclərin İnkişafı Yay Düşərgəsi keçiriləcək.

Azturkxeber.az xəbər verir ki, bu barədə Məşğulluq Agentliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, düşərgənin əsas məqsədi 7–9-cu sinif şagirdlərinin fərdi potensiallarının üzə çıxarılması, onların əmək bazarı, müasir bacarıqlar, düzgün ixtisas seçimi və karyera planlaması istiqamətlərində bilik və bacarıqlarının artırılmasıdır. Eyni zamanda, proqram çərçivəsində iştirakçılarda məqsədin müəyyənləşdirilməsi, şəbəkələşmə, innovativ düşüncə və məşğulluq imkanları barədə məlumatlılığın gücləndirilməsi nəzərdə tutulur.

Düşərgə 5 gün davam edəcək və Dövlət Vergi Xidmətinin Şamaxı rayonunda yerləşən Tədris Mərkəzində təşkil olunacaq. Bu müddət ərzində iştirakçılar üçün müxtəlif təlimlər, master-klaslar və interaktiv görüşlər keçiriləcək. Proqramın sonunda iştirakçılara sertifikatlar təqdim ediləcək.

Düşərgədə iştirak üçün müraciətlər qeydiyyat linki vasitəsilə qəbul edilir. Seçim mərhələsini uğurla tamamlayan 100 məktəbli proqramda iştirak hüququ qazanacaq.

https://survey.sosial.gov.az/index.php/772618?lang=az

Son müraciət tarixi 22 may 2026-cı ildir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    April 2026    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
27282930