Daxili işlər naziri Vilayət Eyvazov gürcü həmkarını Azərbaycana səfərə dəvət edib
Azərbaycan Respublikasının daxili işlər naziri Vilayət Eyvazov ilə Gürcüstanın daxili işlər naziri Sulxan Tamazaşvili arasında telefon danışığı olub.
Bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilir ki, general-polkovnik Vilayət Eyvazov Sulxan Tamazaşvilini bu vəzifəyə təyin olunması münasibətilə təbrik edilib və ona peşəkar fəaliyyətində uğurlar arzulayıb.
Vilayət Eyvazov gürcü həmkarını Azərbaycana rəsmi səfərə dəvət edib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: