azturkxeber.az
http://azturkxeber.az

Ağcabədidə 2 nəfəri qəsdən öldürməkdə şübhəli bilinən şəxs tutulub

27-04-2026

Ağcabədidə 2 nəfəri qəsdən öldürməkdə şübhəli bilinən şəxs tutulub

Aprelin 26-da Ağcabədi rayonunun Yuxarı Qiyaməddinli kənd sakinləri olan 1996-cı il təvəllüdlü Şaiq Mamedov və 1989-cu il təvəllüdlü Həsən Mamedovun öldürülmələri barədə rayon prokurorluğuna məlumat daxil olub.

Ağcabədi Rayon Prokurorluğundan verilən məlumata görə, ilkin araşdırmalarla 2004-cü il təvəllüdlü Əliniyaz Əliyevin şəxsi münasibətlər zəminində bıçaqla xəsarətlər yetirərək Şaiq Mamedovu və Həsən Mamedovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Əliniyaz Əliyev iş üzrə prokurorluq tərəfindən şübhəli şəxs qismində tutulub.

Hazırda ibtidai istintaq davam etdirilir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    April 2026    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
27282930