azturkxeber.az
http://azturkxeber.az

Milli Kitabxanada “26 aprel – Beynəlxalq Əqli Mülkiyyət Günü” adlı kitab sərgisi istifadəçilərə təqdim edilib.

26-04-2026

26 mart 2026-cı il tarixində Milli Kitabxanada əqli mülkiyyət hüquqlarının, yaradıcılıq və ixtiraların qorunmasının təbliği məqsədilə “26 aprel – Beynəlxalq Əqli Mülkiyyət Günü” adlı ənənəvi kitab sərgisi istifadəçilərə təqdim edilib.

Sərgidə müəllif hüquqları, patent hüquqları, müvafiq qanunvericilik aktları, qorunma mexanizmləri və beynəlxalq standartlar, ticarət nişanları və sənaye nümunələri, Azərbaycan folkloru nümunələri, qeyri-maddi mədəni irs nümunələri, erməni plagiatçılığı və s. haqqında ədəbiyyatlar Azərbaycan və xarici dillərdə nümayiş olunur.

Hər il 26 aprel tarixində dünyada Beynəlxalq Əqli Mülkiyyət Günü qeyd olunur. Bu günün qeyd olunması Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (WIPO) yaradıldığı günün şərəfinə seçilib. Bu günün əsas məqsədi insan yaradıcılığının, ixtiraların və innovasiyaların qorunmasının əhəmiyyətini cəmiyyətə çatdırmaqdır.

Bu gün hər il müəyyən bir mövzu altında keçirilir. 2026-cı il üçün Ümumdünya Əqli Mülkiyyət Günü mövzusu “Əqli Mülkiyyət və İdman: Hazır olun, Təyin Edin, İnnovasiya Edin!” olaraq elan edilib.

Hazırda ölkəmiz əqli mülkiyyət sahəsində ən qabaqcıl dövlətlərdən biri hesab olunur. 22 may 2012-ci ildə qəbul edilmiş “Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanunu, eləcə də 20 aprel 2018-ci ildə Prezident İlham Əliyevin sərəncamı ilə yaradılmış Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi, ölkədə əqli mülkiyyətin qorunması və təşviqi sahəsində dövlət siyasətinin gücləndirilməsinə xidmət edir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    April 2026    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
27282930