azturkxeber.az
http://azturkxeber.az

DİM aqrar sığorta fəaliyyəti üzrə müstəqil ekspert sertifikatı almaq istəyənlər üçün imtahan təşkil edəcək

26-04-2026

DİM aqrar sığorta fəaliyyəti üzrə müstəqil ekspert sertifikatı almaq istəyənlər üçün imtahan təşkil edəcək

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən aqrar sığorta fəaliyyəti üzrə müstəqil ekspert sertifikatı almaq istəyən və Aqrar Sığorta Fondunun keçirdiyi təlimləri müvəffəqiyyətlə başa vurmuş namizədlər üçün bu gün test imtahanı keçiriləcək. İmtahan DİM-in elektron imtahanlar korpusunda təşkil ediləcək.

DİM-dən bildirilib ki, imtahan vermək üçün 23 namizəd müraciət edib.

İmtahan saat 11:00-da başlanacaq. Saat 10:45-dən sonra gələn şəxslər imtahana buraxılmayacaq.

İmtahana gələn şəxslər imtahana buraxılış vərəqəsini və şəxsiyyət vəsiqəsinin əslini mütləq təqdim etməlidirlər. Göstərilən sənədlərdən biri olmadıqda və ya onlar arasında uyğunsuzluq olduqda həmin şəxs imtahana buraxılmayacaq.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    April 2026    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
27282930