azturkxeber.az
http://azturkxeber.az

Balakəndə açıq şahmat turnirinin qalibləri mükafatlandırılıblar

26-04-2026

 

Balakən rayon Hənifə bələdiyyəsinin təşəbbüsü ilə dörd yaş qrupunda keçirilən açıq şahmat turnirinə maraq böyük olub.

Bu barədə Balakən Rayon İcra Hakimiyyətindən məlumat verilib.

Bildirilib ki, rayonda Ümumilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilmiş silsilə tədbirlər, idman yarışları, turnirlər keçirilir. Bu tədbirlərin davamı olaraq Hənifə bələdiyyəsinin təşəbbüsü, rayon Uşaq Gənclər İdman-Şahmat Məktəbinin, Gənclər və idman sektorunun birgə təşkilatçılığı ilə açıq şahmat turniri keçirilib.

Açılış mərasimində Balakən Rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev çıxış edərək Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqının tarixində silinməz iz qoymuş böyük şəxsiyyət olduğunu vurğulayıb. O, gənclərin intellektual inkişafına, sağlam rəqabətə və dostluq münasibətlərinə töhfə verən yarışların əhəmiyyətini qeyd edərək iştirakçılara uğurlar arzulayıb.

Turnirdə ümumilikdə 31 nəfər mübarizə aparıb.

Sonda hər yaş qrupu üzrə qaliblər mükafatlandırılıblar, iştirakçılara həvəsləndirici və xatirə hədiyyələri də təqdim olunub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    April 2026    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
27282930