azturkxeber.az
http://azturkxeber.az

Gəncədə folklorun mədəni inkişafdakı rolu ilə bağlı seminar təşkil olunacaq

22-04-2026

Gəncədə folklorun mədəni inkişafdakı rolu ilə bağlı seminar təşkil olunacaq

Mədəniyyət Nazirliyi Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin (MEMİM) təşkilatçılığı ilə aprelin 29-da Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında “Azərbaycan mədəniyyətinin inkişafında folklorun əhəmiyyəti” mövzusunda elmi-praktik seminar keçiriləcək.

MEMİM-dən bildirib ki, Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi, Gəncə Dövlət Filarmoniyası və Azərbaycan Milli Elmlər Akademiyası Gəncə Bölməsinin dəstəyi ilə təşkil olunan seminarın məqsədi milli mədəniyyətin formalaşmasında folklor amilinin əhəmiyyətini diqqətə çatdırmaq, zəngin xalq yaradıcılığının təbliği və gələcək nəsillərə ötürülməsi yollarının müzakirə edilməsidir.

Seminarda folklorşünas, sənətşünas-alim və tədqiqatçıların məruzələri dinləniləcək, mövzu ətrafında fikir mübadiləsi aparılacaq.

Tədbir çərçivəsində bədii proqram da nəzərdə tutulur.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    April 2026    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
27282930