Vətəndaşlar fövqəladə hallarla bağlı davranış qaydaları barədə məlumatlandırılırlar
Fövqəladə Hallar Nazirliyinin (FHN) Aran Regional Mərkəzi tərəfindən Mingəçevir Tibb Kollecində müəllim və tələbə heyəti üçün “Əhalinin fövqəladə hallar zamanı mühafizəsinin təşkili” mövzusunda mülki müdafiə dərsi, Yevlax şəhər M.Ə.Sabir adına 2 nömrəli tam orta ümumi təhsil məktəbində və Göyçay Rayon Mərkəzi Xəstəxanasında “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda mülki müdafiə məşqləri keçirilib.
Bu barədə FHN-in mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, dərs və məşqlərin keçirilməsində məqsəd vətəndaşların fövqəladə hallarla bağlı davranış qaydaları, mülki müdafiə sahəsində biliklərinin artırılması, fövqəladə hadisələrin qarşısının alınması məqsədilə profilaktik tədbirlərin görülməsi, bu sahədə rəhbər heyətin funksional vəzifələrini lazımi səviyyədə yerinə yetirməsi üzrə nəzəri bilik və praktiki vərdişlərini təkmilləşdirməkdən, təşkilatçılıq və operativliyin artırılmasından ibarət olub.
Tədbirlər zamanı müəssisələrin heyətinin fövqəladə hal barədə xəbərdar edilməsi, xəbərdarlıq toplanışı siqnalı ilə qaldırılması, toplanma məntəqəsinə yürüş, toplanış və idarəetmənin təşkili üzrə fəaliyyətləri yoxlanılıb, kollektivlərin təxliyəsi, “zərərçəkmişlərə ilk yardımın göstərilməsi” və digər əməliyyatlar icra olunub, həmçinin funksional vəzifələrlə bağlı məruzələr dinlənilib.
Tədbirlərdən sonra nəticələr təhlil edilib, aidiyyəti üzrə tapşırıqlar verilib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:








