azturkxeber.az
http://azturkxeber.az

Ombudsman Aparatının nümayəndələri HHQ-nin hərbi hissəsində olublar

21-04-2026

Müdafiə Nazirliyi ilə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatı arasında imzalanan 2026-cı ilin birgə tədbirlər planına əsasən, Aparatın nümayəndələri Hərbi Hava Qüvvələrinin (HHQ) N hərbi hissəsində olublar.

Müdafiə Nazirliyindən verilən məlumata görə, nümayəndələr hərbi hissədə şəxsi heyətin təminatı, məişət və tibb məntəqəsində yaradılan şəraitlə tanış olduqdan sonra hərbi qulluqçularla görüş keçiriblər. Görüş zamanı insan hüquqlarının qorunması ilə bağlı müzakirələr aparılıb, şəxsi heyəti maraqlandıran suallar cavablandırılıb.

Eyni zamanda, şəxsi heyətə ombudsmanın “916” Çağrı Mərkəzi barədə məlumat verilib, maarifləndirici broşürlər paylanılıb, həmçinin bir neçə hərbi qulluqçunun yazılı müraciətləri qəbul edilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    April 2026    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
27282930