Media: ABŞ-İran danışıqlarına hazırlığın son mərhələsi başlayıb
İslamabadda ABŞ-İran danışıqlarına hazırlıqlar son mərhələsinə qədəm qoyub və Amerikanın ön qrupları rəsmi raunddan əvvəl Pakistan paytaxtına gəlməyə davam edir.
Azturkxeber.az xəbər verir ki, “The Express Tribune” qəzetinin rəsmi mənbələrə istinadla yaydığı məlumata görə, bazar günündən başlayaraq dünən gecə saatlarına qədər heyət, nəqliyyat vasitələri və operativ texnika daşıyan 11 təyyarə İslamabada eniş edib. Ön qrupların gəlişi demək olar başa çatıb və əsas nümayəndə heyətlərinin bu gün axşama qədər gəlməsi gözlənilir. Mənbələr, həmçinin İran nümayəndə heyətinin də yaxın saatlarda İslamabada gələ biləcəyini, Vaşinqton və Tehran arasında qeyri-rəsmi əlaqələrin aktiv olaraq qaldığını bildiriblər.
Danışıqların təhlükəsizliyi təmin etmək üçün hüquq-mühafizə orqanlarının 18 mindən çox əməkdaşı səfərbər olunub.
“CNN” telekanalının bundan əvvəl yaydığı xəbərə görə, ABŞ-İran danışıqlarının ikinci mərhələsi aprelin 22-də baş tutacaq. ABŞ nümayəndə heyətinə əvvəlki kimi, Vitse-prezident Ceyms Devid Vens, İran nümayəndə heyətinə isə parlamentin sədri Məhəmməd Bağır Qalibaf rəhbərlik edəcək.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: