azturkxeber.az
http://azturkxeber.az

Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan və Xocavənddə daha bir qrup şəxs üçün kiçik bizneslər qurulub

21-04-2026

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi işğaldan azad olunmuş ərazilərimizdə özünüməşğulluq proqramının icrasını davam etdirir.

Azturkxeber.az xəbər verir ki, Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan və Xocavənd rayonları üzrə daha bir qrup şəxsə proqram çərçivəsində “Kiçik dərzi sexi”, “Qadın gözəllik salonu”, “Avtoelektrik xidmətləri”, “Avtotəmizləmə xidmətləri”, “Broyler inkubatoru”, “Poliqrafiya xidmətləri” və “Özünəxidmət avtoyuma” zərfləri üzrə avadanlıqlar təqdim edilib. Verilmiş aktivlər hesabına onlar kiçik ailə bizneslərini yaradıblar.

Proqram iştirakçıları onlara göstərilən dəstəyə görə Prezident İlham Əliyevə təşəkkürlərini ifadə ediblər. Onlar özünüməşğulluq proqramı çərçivəsində qurduqları təsərrüfatlarını daim genişləndirməyə səy göstərəcəklərini bildiriblər.

Qeyd edək ki, Böyük Qayıdış proqramı üzrə doğma yurdlarına köçürülmüş sakinlərdən artıq 818 şəxs üçün özünüməşğulluq proqramı çərçivəsində ailə təsərrüfatları qurulub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    April 2026    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
27282930