azturkxeber.az
http://azturkxeber.az

İrlandiya nümayəndə heyəti ilə görüş keçirilib

21-04-2026

Aprelin 21-də Milli Məclisin İrlandiya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupu üzvlərinin İrlandiya parlamentinin Azərbaycanla dostluq qrupunun üzvləri ilə görüşü olub.

Azturkxeber.az xəbər verir ki, bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Azərbaycan–İrlandiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Erkin Qədirli qonaqların ölkəmizə ilk səfərindən məmnunluğunu ifadə edib. O, bildirib ki, dövlətlərimiz arasında mövcud münasibətlər fonunda parlamentlərarası əlaqələr də dinamik şəkildə inkişaf edir. Qeyd olunub ki, hər iki ölkənin parlamentarilərinin qarşılıqlı səfərləri siyasi dialoqun dərinləşməsinə və əlaqələrimizin möhkəmlənməsinə mühüm töhfə verir.

Öz növbəsində, İrlandiya–Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Toni MakKormak tərəflər arasında keçirilmiş onlayn görüşü xatırlayaraq, bu kimi təmasların intensivliyinin münasibətlərin inkişafına müsbət təsir göstərdiyini vurğulayıb. O, gələcəkdə parlamentlərarası əməkdaşlığın daha da dərinləşəcəyinə, qarşılıqlı səfərlərin intensiv xarakter alacağına və müxtəlif sahələr üzrə təcrübə mübadiləsinin genişlənəcəyinə əminliyini ifadə edib.

Görüşdə iştirak edən İrlandiya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Sevinc Fətəliyeva, İrlandiya Parlamentinin Mübarək Cümə Sazişi Komissiyasının sədri, Azərbaycan ilə parlamentlərarası dostluq qrupunun üzvü Kormak Devlin, Azərbaycanın Dublindəki Fəxri Konsulu Terri Leyden çıxış edərək parlamentlərarası münasibətlərin mövcud vəziyyəti və inkişaf perspektivləri barədə fikirlərini bölüşüblər, turizm, ticarət, təhsil sahələrində əməkdaşlığın genişləndirilməsi imkanlarından bəhs ediblər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    April 2026    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
27282930