azturkxeber.az
http://azturkxeber.az

Azərbaycan bəstəkarlarının əsərləri “Gedim bir az ağlayım” adlı romans gecəsində təqdim olunub

21-04-2026

Aprelin 21-də Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzində “Gedim bir az ağlayım” adlı romans və poeziya gecəsi keçirilib.

Azturkxeber.az xəbər verir ki, tədbir çərçivəsində romanslar və vokal əsərlərlə yanaşı, poetik mətnlər də səsləndirilib.

Yaradıcılıq Mərkəzinin direktoru Anna İbrahimbəyova bildirib ki, bu formatda tədbir Mərkəzdə ilk dəfə təşkil olunur və romans gecəsi xüsusi əhəmiyyət daşıyır.

Direktorun sözlərinə görə, romans janrı sevgi, romantika, poeziya və musiqinin vəhdətini özündə birləşdirən nadir sənət nümunəsidir və dinləyicilərə zəngin emosional təəssüratlar bəxş edir.

Tədbirin təşəbbüskarı görkəmli Azərbaycan bəstəkarı Arif Məlikovun tələbəsi, pianoçu və bəstəkar Sevda Rəhimovadır.

Gecənin aparıcısı musiqişünas, sənətşünaslıq üzrə fəlsəfə doktoru Aytən Oqtayqızı olub. Poetik parçaları isə qiraət ustası, şair Xəzər Süleymanlı səsləndirib.

Proqramda Azərbaycan bəstəkarlarının və müasir müəlliflərin əsərləri yer alıb. Gecə Ərtoğrul Balayevin ifasında səslənən prelüdlərlə açılıb.

Tədbirdə Əməkdar artistlər Fəridə Məmmədova və İlham Nəzərov müxtəlif xarakterli vokal əsərlər təqdim ediblər.

Gecədə musiqisi Sevda Rəhimovaya, sözləri Leyla Əliyevaya məxsus əsərlər, eləcə də Xəzər Süleymanlının “Susma, danış”, Hamlet İsaxanlının “İkimizdən birimiz” duet-romansları, Səid Rüstəmovun “Getmə” əsəri və sözləri Gülər Əlvanqızı, musiqisi Aytən Oqtayqızına məxsus “Tanrım” kompozisiyası dinləyicilərə təqdim olunub.

Layihənin əsas istiqamətlərindən biri bu əsərlərin nəşrinə dəstək göstərmək, onların əlçatanlığını genişləndirmək və beynəlxalq səviyyədə tanıtmaqdır. Bununla yanaşı, əsərlərin müxtəlif dillərə tərcüməsi də nəzərdə tutulur.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    April 2026    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
27282930