azturkxeber.az
http://azturkxeber.az

ASAN könüllüləri “Gənc İnnovatorlar” proqramını təqdim ediblər

21-04-2026

20 aprel 2026-cı il tarixində “ASAN Könüllüləri” Təşkilatı tərəfindən yaradılan “Gənc İnnovatorlar” proqramının təqdimat mərasimi keçirilib.

Azturkxeber.az xəbər verir ki, tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev proqramın əhəmiyyətindən bəhs edib. O, “Gənc İnnovatorlar” proqramının ölkəmizdə innovasiya ekosisteminin inkişafına töhfə verəcəyini, gənclərin yaradıcı və texnoloji bacarıqlarının gücləndirilməsində mühüm platforma rolunu oynayacağını vurğulayıb.

“ASAN Könüllüləri” Təşkilatının sədri Aysiman Quliyeva proqramın əsas məqsədinin gənclərdə innovativ düşüncə tərzinin formalaşdırılması, onların yaradıcılıq və analitik təhlil bacarıqlarının inkişaf etdirilməsi, eləcə də texnologiya və sosial innovasiya sahələrində praktiki təcrübə qazanmalarına şərait yaratmaq olduğunu qeyd edib.

Çıxışlardan sonra proqramın təqdimatı olub. "Gənc İnnovatorlar” proqramının məqsədləri, fəaliyyət istiqamətləri və gənclər üçün nəzərdə tutulan imkanlar barədə ətraflı məlumat verilib.

Tədbir çərçivəsində ASAN İnnovativ İnkişaf Mərkəzinin təlimçisi Nofəl Əliyev tərəfindən “İdarəçilikdə süni intellektin rolu” mövzusunda təlim keçirilib. Təlim zamanı süni intellektin əsas prinsipləri və onun müxtəlif sahələrdə tətbiqi barədə iştirakçılara geniş məlumat verilib.

“Gənc İnnovatorlar” proqramı ölkəmizdə innovasiya mədəniyyətinin inkişafına töhfə verməklə yanaşı, gənclərin texnoloji və yaradıcı potensialının üzə çıxarılmasını və gücləndirilməsini hədəfləyir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    April 2026    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
27282930