azturkxeber.az
http://azturkxeber.az

Katovitsedə həlledici gün: üç azərbaycanlı şahmatçı çempionluq uğrunda yarışır

19-04-2026

Polşanın Katovitse şəhərində şahmat üzrə şəxsi Avropa çempionatında 10-cu turun partiyaları oynanılıb.

Hesabat turunda qitə çempionatının liderləri arasındakı partiyada qalib olmayıb. Həmyerlimiz Nicat Abasovla ispan David Guijarro heç-heçə oynayıb. Azərbaycan şahmatçısı Aydın Süleymanlı qara fiqurlarla litvalı Valeri Kazakouskini üstələyib. Son Azərbaycan çempionu Məhəmməd Muradlı isə ağ fiqurlarla Latviya şahmatçısı Nikita Meşkovsa qalib gəlib.

10 turdan sonra turnir cədvəlində ilk beşlikdə 3 Azərbaycan şahmatçısı qərarlaşıb və hər üçünün çempionluq şansı var. Hərəyə 8 xal toplayan Nicat Abasovla Aydın Süleymanlı 1-2-ci yerləri bölüşür. Eyni xala malik Məhəmməd Muradlı əlavə göstəricilərə görə 5-ci pilləni tutur.

Bu gün keçiriləcək Avropa çempionatının son turunda Aydın Süleymanlı ağ fiqurlarla Məhəmməd Muradlıya qarşı mübarizə aparacaq. Nicat Abasov isə Rumıniya şahmatçısı Daniel Bogdanla üz-üzə gələcək.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    April 2026    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
27282930