azturkxeber.az
http://azturkxeber.az

Çində insanabənzər robotların iştirakı ilə yarımarafon keçirilr

19-04-2026

Çinin paytaxtı Pekində insanabənzər robotların və insanların birgə yarımarafonu keçirilir.

Rekord sayda - 112 komanda, o cümlədən Almaniya, Fransa və Braziliyadan olan robotlar 21 kilometr məsafədən ibarət yarımarafonda iştirak edir.

Robotlar və insanlar paralel zolaqlarda, amma eyni trekdə gücünü sınayırlar. Robotların bəziləri avtonom, bəziləri isə uzaqdan idarəetmə ilə hərəkət edir.

Təşkilatçılar bildirib ki, artıq 2-ci ildir keçirilən marafona qatılan robotlar xeyli təkmilləşdirilib.

Qeyd edək ki, ötən il dünyada insanabənzər robotların iştirakı ilə Çində keçirilmiş ilk yarımarafonun qalibi “Tiangong” adlı robot olub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    April 2026    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
27282930