“Shandian” adlı robot Pekin robot-insan yarımarafonunun qalibi olub
İnsanabənzər robotların iştirakı ilə Çində keçirilən 2-ci yarımarafonun qalibi “Shandian” adlı robot olub.
Azturkxeber.az xəbər verir ki, ümumilikdə 112 komandanı təmsil edən robotlar 21 kilometr məsafədən ibarət yarımarafonda insanlarla yanaşı güclərini sınayıblar. Robotlar Çinin, habelə Almaniya, Fransa, Portuqaliya və Brazilyanın fərdi və Çin ilə ortaq komandalarını təmsil ediblər.
Robotlar və insanlar paralel zolaqlarda, amma eyni trekdə gücünü sınayıblar. Robotların bəziləri avtonom, bəziləri isə uzaqdan idarəetmə ilə hərəkət edib. Hər bir robotun marafon boyu hərəkətlərinin, o cümlədən batereyalarının dəyişdirilməsinin qaydalara uyğunluğunu ayrıca hakimlər nəzarətdə saxlayıb.
“Shandian” yarımarafonu 50 dəqiqə 26 saniyə nəticə ilə başa vuraraq qalib olub. Yarışındakı qadın və kişi qaliblərin nəticələri robotdan geri qalıb. Belə ki, Cao Haycie kişilər arasında 1 saat 7 dəqiqə 47 saniyəyə, Van Çiaosia isə qadınlar arasında 1 saat 18 dəqiqə 6 saniyəyə finişə birinci çatıb.
Qeyd edək ki, Çində insanabənzər robotların iştirakı ilə yarımarafon ilk dəıfə 2025-ci ildə keçirilib. Həmin marafonda “Tiangong” adlı robot 2 saat 40 dəqiqə 42 saniyə göstərici ilə birinci olub.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:

