Sabirabadda 5 kiloqram narkotik vasitə aşkarlanıb


Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Anar Rəhimov, Cəlal Cavadov və Ümüd Qənbərov saxlanılıblar.
Bu barədə Azturkxeber.az-a DİN-in Mətbuat Xidmətindən məlumat verilib.
Məlumata görə, onlardan 5 kiloqramdan artıq narkotik vasitə həşiş, tiryək, heroin və psixotrop maddə metamfetamin aşkarlanıb.
Saxlanılan şəxslər ifadələrində narkotikləri müxtəlif ünvanlara çatdırmaq məqsədi ilə əldə etdiklərini bildiriblər.
Saxlanılan hər üç şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. İstintaq araşdırmaları davam etdirilir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: