azturkxeber.az
http://azturkxeber.az

AQEM Qadınlar Şurasının yaradılması ilə bağlı ictimaiyyətə məlumat verildi

15-04-2026

14 aprel 2026-cı il tarixində “AQEM məkanında davamlı inkişaf naminə qadınların səslərinin gücləndirilməsi” mövzusunda beynəlxalq konfrans və AQEM Qadınlar Şurasının yaradılması ilə bağlı brifinq keçirilib.

Azturkxeber.az xəbər verir ki, brifinqdə çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova AQEM-in Azərbaycan sədirliyində Qadınlar Şurasının yaradılması təşəbbüsünün əhəmiyyətini qeyd edib və əldə edilən nəaliyyətlərdən danışıb.

Sədr vurğulayıb ki, AQEM və Azərbaycan höküməti arasında digər sahələrlə yanaşı qadın və uşaq hüquqlarının müdafiəsi istiqamətində davamlı əməkdaşlıq aparılacaq: “Biz həm də qadın və uşaqların maraqlarını Qadınlar Şurası sayəsində AQEM-də irəli sürəcəyik”.

Öz növbəsində AQEM-in Baş katibi Kayrat Sarıbay Təşkilatın bu günə qədər olan fəaliyyətindən bəhs edərək, Qadınlar Şurasının yaradılmasını uğurlu təşəbbüs kimi qiymətləndirib. K.Sarıbay sülh naminə birlik olmaq üçün qadınların səsinin gücləndirilməsinin vacib olduğunu vurğulayıb.

Jurnalistlərə tədbir çərçivəsində əldə olunan nəticələr, qadınların rolunun gücləndirilməsi istiqamətində görülən işlər və Şuranın gələcək fəaliyyət istiqamətləri barədə məlumat verilib, onların sualları cavablandırılıb.

Brifinq zamanı beynəlxalq konfrans çərçivəsində müxtəlif ölkələrdən yüksək səviyyəli nümayəndələrin və akademik dairələrin iştirakı ilə qadın sahibkarlığı, rəqəmsallaşma, innovativ inkişaf və iqlim dəyişikliklərinə qarşı mübarizədə qadın liderliyinin rolu kimi qlobal mövzular üzrə müzakirələrin aparıldığı diqqətə çatdırılıb. Aparılmış müzakirələrin qadınların iqtisadi və sosial proseslərdə iştirakının genişləndirilməsi, rəqəmsal imkanlardan səmərəli istifadənin təşviqi və dayanıqlı inkişaf məqsədlərinə nail olunmasına töhfə verilməsi baxımından mühüm əhəmiyyət daşıdığı vurğulanıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    April 2026    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
27282930