“Anadolu Ankası – 2026” təlimində növbəti mərhələnin tapşırıqları uğurla icra olunub
Türkiyənin Konya şəhərində keçirilən “Anadolu Ankası – 2026” (“Anatolian Phoenix – 2026”) beynəlxalq axtarış-xilasetmə təlimində növbəti mərhələnin tapşırıqları uğurla yerinə yetirilib.
Azturkxeber.az xəbər verir ki, təlimdə SU-25 və F-16 təyyarələri, eləcə də T-70 helikopterləri ilə şərti düşmən ərazisində qəzaya uğramış hava gəmisinin ekipaj üzvlərinin axtarışı və xilas edilməsi məqsədilə havada üstünlüyün əldə olunması, eləcə də hava dəstəyinin təmin edilməsi üzrə taktiki tapşırıqlar icra olunub.
Əməliyyat zamanı hava dəstəyi yüksək koordinasiya ilə həyata keçirilib, təlim bölgəsində risklərin minimuma endirilməsi və xilasetmə fəaliyyətlərinin səmərəliliyinin artırılması təmin edilib. Azərbaycan Hərbi Hava Qüvvələrinin (HHQ) pilotları verilmiş tapşırıqları peşəkarlıqla yerinə yetirərək təlimin məqsədlərinə nail olunmasında əhəmiyyətli nəticələr göstəriblər.
Qeyd edək ki, beynəlxalq axtarış-xilasetmə təlimində ölkəmizi HHQ-nin pilotları, paraşüt-desant və axtarış-xilasetmə xidmətinin mütəxəssisləri, aviayönləndiricilər, həmçinin texniki heyət və aviasiya vasitələri təmsil edirlər.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:









