2026-cı ilin ilk rübündə ADY qida yüklərində artım trendini davam etdirir


Azərbaycan Dəmir Yolları (ADY) tərəfindən 2026-cı ilin mart ayında 157 min tona yaxın qida sənayesi məhsulları daşınıb. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 51% çoxdur.
Azturkxeber.az xəbər verir ki, eyni zamanda, 2026-cı ilin birinci rübü üzrə qida məhsullarının daşınma həcmi 325 min tona yaxın olub ki, bu da illik müqayisədə 9% artım deməkdir.
Qida sənayesi məhsullarının tranzit daşımalarında da artım müşahidə olunub. Belə ki, cari ilin birinci rübündə tranzit daşımalar 21% artaraq 139,7 min ton, mart ayında isə 64% artaraq 67,3 min ton təşkil edib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: