azturkxeber.az
http://azturkxeber.az

DSX Akademiyasının kursantları ana dilinin saflığının qorunmasının vacibliyi barədə maarifləndiriliblər

10-04-2026

"Azərbaycan dilinin qloballaşdırma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında Azərbaycan Prezidentinin müvafiq Sərəncamının icrası ilə əlaqədar Dövlət Sərhəd Xidmətinin (DSX) Akademiyasında “Azərbaycan dilinin saflığının qorunması və düzgün istifadəsi” və “Hərbi təhsil müəssisələrində Azərbaycan dilinin və nitq mədəniyyətinin tətbiqi” mövzularında maarifləndirici tədbir keçirilib.

DSX-nin mətbuat mərkəzindən verilən məlumata görə, əvvəlcə Dövlət Himni səsləndirilib, daha sonra xalqımızın Ulu Öndəri Heydər Əliyevin və torpaqlarımızın işğaldan azad olunması uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə Nəsimi adına Dilçilik İnstitutunun Monitorinq və Linqvistik təhlil şöbəsinin müdiri, professor Sevinc Əliyeva və Nəsimi adına Ədəbiyyat İnstitutunun Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı şöbəsinin baş elmi işçisi, professor Mərziyyə Nəcəfova məruzə ilə çıxış ediblər.

Dilçilik və pedaqogika sahəsində tanınmış mütəxəssislərin çıxış etdiyi tədbirdə ana dilinin milli kimliyin formalaşmasındakı rolundan bəhs olunub. Azərbaycan dilinin saflığının qorunmasının vacibliyi, onun gündəlik və rəsmi ünsiyyətdə düzgün tətbiqinin əhəmiyyəti xüsusi vurğulanıb, hərbi təhsil müəssisələrində nitq mədəniyyətinin inkişaf etdirilməsi istiqamətində görülən işlər barədə danışılıb.

Qeyd olunub ki, dövlət tərəfindən həyata keçirilən dil siyasəti Azərbaycan dilinin yalnız ölkə daxilində deyil, beynəlxalq müstəvidə də nüfuzunun artırılmasına, funksional imkanlarının genişləndirilməsinə və qlobal kommunikasiya sistemində layiqli yer tutmasına xidmət edir. Bu istiqamətdə qəbul olunan normativ-hüquqi sənədlər, təsdiq edilən dövlət proqramları və həyata keçirilən institusional tədbirlər dilimizin qorunması, inkişaf etdirilməsi və gələcək nəsillərə saf şəkildə ötürülməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

Tədbirin sonunda mövzunu əhatə edən videoçarx nümayiş etdirilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    April 2026    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
27282930