azturkxeber.az
http://azturkxeber.az

Hökumətin hesabatının Ali Məclisin komitə iclaslarında müzakirəsi başa çatıb

03-04-2026

Aprelin 3-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sosial siyasət komitəsinin növbəti iclası keçirilib.

Azturkxeber.az xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən verilən məlumata görə, komitə sədri Zeynəb Quliyeva iclasın gündəliyinə “Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında hesabatı”nın müzakirəsinin daxil edildiyini bildirib.

Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti Aparatının Sosial məsələlər şöbəsinin müdir müavini, şöbə müdiri vəzifəsini müvəqqəti icra edən Hüseyn Hacıyev hesabat barədə məlumat verib.

Sonra gündəlikdə duran məsələ ətrafında müzakirələr aparılıb, Nazirlər Kabineti Aparatının Sosial məsələlər şöbəsinin müdir müavini, şöbə müdiri vəzifəsini müvəqqəti icra edən Hüseyn Hacıyev, Maliyyə və büdcə məsələləri şöbəsinin müdiri Tural Şirəlizadə və İqtisadiyyat şöbəsinin müdir müavini, şöbə müdiri vəzifəsini müvəqqəti icra edən Yaqub Məmmədov deputatlar tərəfindən səsləndirilən fikirlərə münasibət bildirib, suallara aydınlıq gətiriblər.

Sonda komitənin rəyi oxunub, “Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında hesabatı” Ali Məclisin müzakirəsinə tövsiyə olunub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    April 2026    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
27282930