azturkxeber.az
http://azturkxeber.az

Rövşən Tağıyev: "Təhlükəsizlik kəməri sürücünün həyatını xilas etdi"

02-04-2026

Aprelin 1-də saat 06:00 radələrində “Bentley” markalı avtomobil Bakı–Quba yolunda hərəkətdə olarkən sürücü idarəetməni itirmiş, nəqliyyat vasitəsi yolun kənarındakı dəmir mühəccərlərə çırpılmışdır. Qəza nəticəsində sürücü xəsarət almışdır.

İlkin ehtimala görə, hadisəyə səbəb nəqliyyat vasitəsinin yüksək sürətlə idarə edilməsi olub. Belə ki, idarəetmədən çıxan avtomobil dəfələrlə aşaraq təxminən 500 metr məsafədə sürüklənmişdir. Bu cür ağır hadisələr zamanı təhlükəsizlik kəməri istifadə olmadıqda sürücü və ya sərnişinlər zərbənin təsiri ilə ya avtomobildən kənara atılır, ya nəqliyyat vasitəsinin altında qalır, ya da salon daxilində sükan, şüşə və digər sərt hissələrə çırpılır ki, bu da əksər hallarda ölümlə nəticələnir. Məhz bu hadisədə isə təhlükəsizlik kəməri qoruyucu rolu oynayaraq sürücünü oturacaqda sabit saxlayıb və onun həyatını xilas edib.

Bu səbəbdən təhlükəsizlik kəmərindən istifadə etmək və bunu nəqliyyat vasitəsində əyləşən hər kəsdən tələb etmək sadəcə qayda deyil, bu, insanın öz həyatına, ailəsinə və yaxınlarına verdiyi dəyərin göstəricisidir.

Bir daha sürücülərə və sərnişinlərə müraciət edirik ki, sükan arxasına əyləşdiyiniz ilk andan etibarən təhlükəsizlik kəmərini taxın. Qısa məsafə, aşağı sürət və ya “heç nə olmaz” düşüncəsi heç kimi qaydalara riayət etməkdən uzaqlaşdırmasın.Çünki qaydalar insan həyatını qorumaq üçün var.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    April 2026    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
27282930