Paytaxtın əsas yollarında sıxlıq: körpüdə təmir işləri nəqliyyata təsir edir




Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi yanında Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi paytaxt yollarındakı mövcud vəziyyətlə bağlı məlumat yayıb.
Azturkxeber.az-ın məlumatına görə, Ziya Bünyadov prospekti ilə Azadlıq prospekti kəsişməsində, körpünün üzərində təmir işləri aparılır. Aparılan işlər səbəbindən bir sıra əsas istiqamətlərdə nəqliyyatın hərəkətində sıxlıq müşahidə olunur.
Xüsusilə Koroğlu metro stansiyası, Alı Mustafayev küçəsi, Əbdülvahab Salamzadə küçəsi, 20 Yanvar dairəsi, Moskva prospekti, Tbilisi prospekti və Bakı-Sumqayıt şosesi istiqamətlərində nəqliyyatın hərəkəti çətinləşib.
Hazırda polis əməkdaşları tərəfindən yaranmış sıxlığın aradan qaldırılması və nəqliyyat axınının tənzimlənməsi məqsədilə müvafiq tədbirlər həyata keçirilir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: