“Hədiyyəniz kitab olsun” – Uşaqların gələcəyinə ən dəyərli sərmayə






Uşaqların tərbiyəsində kitabın rolu əvəzsizdir. Müasir dövrdə rəqəmsal inkişafın yaratdığı geniş imkanlarla yanaşı, kitabla böyüyən nəsil yalnız bilik əldə etmir, eyni zamanda düşünməyi, hiss etməyi və dəyərləndirməyi də öyrənir.
Kitablar vasitəsilə uşaqlar zəngin mənəvi dünyaya sahib olur, öz xalqının tarixi, mədəniyyəti və milli-mənəvi dəyərləri ilə daha sıx bağ qururlar.
2 aprel – Beynəlxalq Uşaq Kitabı Günü münasibətilə hər birimizi bu dəyərli ənənəni yaşatmağa çağırırıq.
Unutmayaq ki, kitaba sevgi ilə böyüyən uşaqlar sabahın savadlı, məsuliyyətli və güclü vətəndaşları kimi formalaşır.
Gəlin, uşaqlarımıza kitab hədiyyə edək, onlarla birlikdə oxuyaq və onların düşüncə dünyasına işıq tutaq. Çünki insan kapitalının gələcəyinə qoyulan ən uğurlu sərmayə məhz bu gün onlara qazandırdığımız mütaliə vərdişidir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: