azturkxeber.az
http://azturkxeber.az

Beynəlxalq əməkdaşlıq uğurla davam etdirilir

02-04-2026

Pakistan İslam Respublikasının vətəndaşı 1989-cü il təvəllüdlü İnsaf Sobianın cinayət məsuliyyətinə cəlb edilməsi üçün verilməsinə dair Tacikistan Respublikasının Baş Prokurorluğunun vəsatəti Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən təmin edilib.

Azturkxeber.az-ın məlumatına görə, Tacikistanda dələduzluq əməlinin törədilməsində təqsirləndirilərək beynəlxalq axtarışa elan edilmiş İnsaf Sobia 2026-ci ilin fevral ayında ölkəmizdə müəyyən edilərək saxlanılmaqla barəsində həbs qətimkan tədbiri seçilib.

"Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” 07.10.2002-ci il tarixli Konvensiyaya əsasən təqsirləndirilən şəxsin ekstradisiyası haqqında qərar qəbul edilərək, o, Ədliyyə Nazirliyi Penitensiar Xidmətin xüsusi konvoyunun müşayiəti ilə Tacikistan Respublikasının səlahiyyətli orqanına təhvil verilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    April 2026    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
27282930