Ali Məclisin Humanitar siyasət komitəsinin iclası keçirilib

Aprelin 2-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Humanitar siyasət komitəsinin növbəti iclası keçirilib.
Azturkxeber.az xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən məlumat verilib.
Komitə sədri Canməmməd Canməmmədov iclasın gündəliyinə “Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında hesabatı”nın müzakirəsinin daxil edildiyini bildirib.
Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti Aparatının Humanitar məsələlər şöbəsinin müdiri Tarverdi Məmmədov hesabat barədə məlumat verib.
Sonra gündəlikdə duran məsələ ətrafında müzakirələr aparılıb, Nazirlər Kabineti Aparatının Humanitar məsələlər şöbəsinin müdiri Tarverdi Məmmədov, Sosial məsələlər şöbəsinin müdir müavini, şöbə müdiri vəzifəsini müvəqqəti icra edən Hüseyn Hacıyev, Maliyyə və büdcə məsələləri şöbəsinin müdiri Tural Şirəlizadə və İqtisadiyyat şöbəsinin müdir müavini, şöbə müdiri vəzifəsini müvəqqəti icra edən Yaqub Məmmədov deputatlar tərəfindən səsləndirilən fikirlərə münasibət bildirib, suallara aydınlıq gətiriblər.
Sonda komitənin rəyi oxunub, “Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında hesabatı” Ali Məclisin müzakirəsinə tövsiyə olunub.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: