azturkxeber.az
http://azturkxeber.az

Bakı–Balakən gecə qatarına yeni dayanacaqlar əlavə edildi – qrafik yeniləndi

01-04-2026

Bakı–Balakən–Bakı marşrutu üzrə hərəkət edən gecə qatarlarının fəaliyyətində yenilik edilib.

Azturkxeber.az-ın məlumatına görə, aprelin 1-dən etibarən qatarlar artıq Ucar və Ləki stansiyalarında da dayanır. Yeni dayanacaqların əlavə olunması daha çox sərnişinin gecə qatarlarından rahat və əlçatan şəkildə istifadə etməsinə şərait yaradır.

Yeniliklə əlaqədar olaraq qatarların hərəkət qrafiki də yenilənib. Sərnişinlər aktual cədvəllə aşağıdakı link vasitəsilə tanış ola bilərlər:

https://ticket.ady.az/az/yeni-hereket-cedveli⁠�

Qeyd edək ki, əlavə edilən dayanacaqlar regionlararası nəqliyyatın əlçatanlığını artırmağa və sərnişin rahatlığını yüksəltməyə xidmət edir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    April 2026    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
27282930