azturkxeber.az
http://azturkxeber.az

Laricaninin ölüm xəbərindən sonra məktubu paylaşıldı - FOTO

17-03-2026

İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricaninin ABŞ Hərbi Dəniz Qüvvələrinin Şri-Lanka sahillərində ölkənin “IRIS Dena” hərbi gəmisinə hücumu nəticəsində həlak olan iranlı dənizçilərə başsağlığı məktubu paylaşılıb.

Azturkxeber.az xəbər verir ki, məktub Laricaninin adından onun “X” sosial şəbəkəsindəki hesabında dərc edilib.

“Onların xatirəsi İran xalqının qəlbində əbədi yaşayacaq. Bu şəhidlik uzun illər İslam Respublikası Ordusunun təməlini silahlı qüvvələrin strukturunda möhkəmləndirəcək”, - məktubda deyilir.

Qeyd edək ki, bir qədər əvvəl İsrailin müdafiə naziri İsrael Katz Əli Laricaninin öldürüldüyünü açıqlamışdı.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    March 2026    »
MonTueWedThuFriSatSun
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031