azturkxeber.az
http://azturkxeber.az

Əli Laricaninin öldürüldüyü təsdiqləndi

18-03-2026

İran hakimiyyəti Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricaninin ölümünü təsdiqləyib.

Azturkxeber.az xəbər verir ki, bu barədə onun ofisi teleqramda məlumat yayıb.

“Milli Təhlükəsizlik Şurasının baş katibi Laricani səhər saatlarında baş verən hücumda oğlu Murtəza, müavini Əlirza Beyat, Şura Katibliyinin əməkdaşları və bir neçə mühafizəçisi ilə birlikdə öldürülüb”, - məlumatda deyilir.

İran Prezidenti Məsud Pezeşkian Laricaninin ölümünə görə sərt qisas alınacağına söz verib. O, həmçinin Təhlükəsizlik Şurası katibinin vəfatı ilə bağlı başsağlığı verib.

Qeyd edək ki, martın 17-də İsrailin müdafiə naziri İsrael Katz Laricaninin İrana hava hücumu nəticəsində öldüyünü açıqlamışdı. Bunun ardınca İran Milli Təhlükəsizlik Şurası katibinin teleqram kanalında ABŞ sualtı gəmisi tərəfindən İrana məxsus “İRİS Dena” freqatının batması nəticəsində həlak olan iranlı dənizçilərlə vida mərasimi öncəsi Laricaninin əlyazmasının fotosu yayılmışdı.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    March 2026    »
MonTueWedThuFriSatSun
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031