Köç karvanı Xocavənd kəndinə çatıb



Martın 17-də doğma yurduna yola salınan köç karvanı Xocavənd kəndinə çatıb.
Azturkxeber.az xəbər verir ki, bu mərhələdə Xocavənd kəndinə 36 nəfərdən ibarət 11 ailəyə mənzillərin açarları təqdim edilib.
Mərasimdə Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: