azturkxeber.az
http://azturkxeber.az

Naxçıvanda “Şəhərsalma və Memarlıq İli” çərçivəsində ağacəkmə aksiyası keçirilib

14-03-2026

Martın 14-də Naxçıvan Muxtar Respublikasında “Şəhərsalma və Memarlıq İli” çərçivəsində genişmiqyaslı ağacəkmə aksiyası təşkil olunub.

Aksiyada Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Ceyhun Cəlilov, dövlət və hökumət nümayəndələri, ekokönüllülər və ictimaiyyət təmsilçiləri iştirak ediblər.

Naxçıvan Muxtar Respublikasının ekologiya və təbii sərvətlər naziri Xanlar Mustafayev bildirib ki, “Şəhərsalma və Memarlıq İli” çərçivəsində həyata keçirilən tədbirlər, həmçinin “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nın 2025-2027-ci illər üzrə Təfsilatlı Tədbirlər Planına uyğun olaraq muxtar respublikada yaşıllaşdırma sahələrinin əhatə dairəsi genişləndirilir. Qeyd olunub ki, cari il ərzində muxtar respublika ərazisində 485,5 hektar sahədə 76 mindən çox tingin əkilməsi planlaşdırılır.

Aksiya çərçivəsində Naxçıvan “Əshabi-Kəhf Ziyarətgahı” Dini Mədəni Abidə Kompleksinə gedən avtomobil yolunun kənarında yerləşən Pürcüvar Dövlət Meşəsi ərazisində 6,5 hektar sahədə 6500 ədəd tut və aylant tingi əkilərək meşəsalma layihəsi həyata keçirilib.

Bununla yanaşı, 0,3 hektar ərazidə tut toxmacarlığı və qələmkökləndirmə sahəsi yaradılıb, 4000 ədəd iydə və 1000 ədəd üzüm çiliyi əkilib.

Keçirilən aksiya muxtar respublikada ekoloji tarazlığın qorunması, yaşıllıq sahələrinin genişləndirilməsi və biomüxtəlifliyin artırılması istiqamətində görülən ardıcıl tədbirlərin tərkib hissəsidir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    March 2026    »
MonTueWedThuFriSatSun
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031