azturkxeber.az
http://azturkxeber.az

Respublika Fənn Olimpiadalarının informatika fənni üzrə yarımfinal mərhələsinin nəticələri açıqlanıb

13-03-2026

Xəbər verdiyimiz kimi, 7-8 mart 2026-cı il tarixlərində ölkə üzrə 16 mərkəzdə – Bakı Dövlət Universiteti, Bakı Mühəndislik Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Texnologiya Universiteti, Lənkəran Dövlət Universiteti, Mingəçevir Dövlət Universiteti, Naxçıvan şəhəri STEM Mərkəzi, Gəncə Dövlət Universiteti, Sumqayıt Dövlət Universiteti, Azərbaycan Dövlət İqtisad Universitetinin Zaqatala filialı, Bakı Ali Neft Məktəbinin Bayıl və Ağşəhər korpusları, Azərbaycan Fransız Universiteti, Xəzər Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti və Azərbaycan Memarlıq və İnşaat Universitetinin kompüter laboratoriyalarında – informatika fənni üzrə Respublika Fənn Olimpiadalarının yarımfinal turu keçirilib.

Texniki komandanın və nizam-intizam komitəsinin şagirdlərin yazdığı kodlara baxış prosesi yekunlaşmış, təşkilat komitəsinin qərarı ilə aşağı yaş qrupu üzrə 210 bal və daha yuxarı nəticə göstərən şagirdlər, yuxarı yaş qrupu üzrə isə 170 bal və daha yuxarı nəticə göstərən şagirdlər final turunda iştirak hüququ qazanıblar. Təşkilat komitəsi və münsiflər heyəti bütün iştirakçılara uğurlar arzulayır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    March 2026    »
MonTueWedThuFriSatSun
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031