azturkxeber.az
http://azturkxeber.az

QDİƏT PA-nın komitə iclaslarında

13-03-2026

Deputat Kamran Bayramov Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasının (QDİƏT PA) Hüquqi məsələlər və beynəlxalq əməkdaşlıq, həmçinin İqtisadi siyasət və inkişaf komitələrinin iclaslarında iştirak etmək üçün martın 16-da Rumıniyanın Buxarest şəhərinə səfər edəcək.

Bu barədə Azturkxeber.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Məlumata görə, komitələrin iclaslarında “Qara dəniz regionunda rəqəmsal idarəetmə və innovasiyanın hüquqi ölçüləri” və “Qara dəniz iqtisadi əməkdaşlığına üzv dövlətlərində rəqəmsal transformasiya” mövzularında hesabatlar və tövsiyə layihələri müzakirə olunacaq.

Səfər martın 18-də başa çatacaq.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    March 2026    »
MonTueWedThuFriSatSun
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031