azturkxeber.az
http://azturkxeber.az

ƏMAS-da daha bir yenilik: ştat vahidi yaradılarkən vəzifə (tarif) maaşının daxil edilməsi tələb olunacaq

13-03-2026

“Əmək və Məşğulluq” altsistemində (ƏMAS) yeni funksionallıq istifadəyə verilib. Yeniliyə əsasən, sistemdə ştat vahidi yaradılarkən vəzifə (tarif) maaşının mütləq qaydada daxil edilməsi nəzərdə tutulur.

Bu barədə Azturkxeber.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Əmək Məcəlləsinin 3-cü maddəsinin 8-1-ci hissəsinə əsasən, ştat (ştat vahidi) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sistemində yaradılan və vəzifə (peşə) adını, həmçinin vəzifə (tarif) maaşını əks etdirən vahiddir.

Bu yenilik müəssisələrdə ştat vahidlərinin daha şəffaf və düzgün formalaşdırılmasına, həmçinin əmək münasibətlərinin elektron sistem üzərindən daha səmərəli idarə olunmasına imkan yaradır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    March 2026    »
MonTueWedThuFriSatSun
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031