azturkxeber.az
http://azturkxeber.az

İşğaldan azad edilmiş ərazilərdə kənd təsərrüfatı təyinatlı torpaqların sahibkarlıq subyektlərinə icarəyə verilməsi üzrə II investisiya müsabiqəsinin qalibləri müəyyənləşib

13-03-2026

Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 27 noyabr tarixli 236 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində kənd təsərrüfatı təyinatlı torpaqların sahibkarlıq subyektlərinə icarəyə verilməsi üzrə investisiya müsabiqələrinin keçirilməsi Qaydaları”na uyğun olaraq işğaldan azad edilmiş ərazilərdə kənd təsərrüfatı təyinatlı torpaqların sahibkarlıq subyektlərinə icarəyə verilməsi prosesi davam etdirilir.

Azturkxeber.az xəbər verir ki, 2025-ci il 15 dekabr tarixində işğaldan azad edilmiş ərazilərdə kənd təsərrüfatı təyinatlı torpaqların sahibkarlıq subyektlərinə icarəyə verilməsi üzrə II investisiya müsabiqəsi elan edilib, sənəd qəbulu prosesi 5 fevral tarixində yekunlaşıb. Müsabiqədə iştirak üçün ümumilikdə 162 sahibkarlıq subyekti müraciət edib.

2026-cı il fevralın 27-də II investisiya komissiyasının müsabiqənin yekunlarına həsr olunmuş iclası keçirilib, iclasda müsabiqə iştirakçıları və qaliblərin siyahısı təsdiqlənib. Müsabiqə iştirakçısı hesab edilən sahibkarlıq subyektləri nəticələrlə bağlı sms vasitəsilə məlumatlandırılıblar. Qalib elan edilmiş sahibkarlıq subyektlərinin məlumatlandırılması prosesi isə mərhələli şəkildə davam etdirilir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    March 2026    »
MonTueWedThuFriSatSun
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031