azturkxeber.az
http://azturkxeber.az

“YAŞAT” Fondu “Tufandağ”da növbəti qış düşərgəsi reallaşdırıb

12-03-2026

10–13 mart 2026-cı il tarixində “YAŞAT” Fondunun təşkilatçılığı ilə Qəbələdə, “Tufandağ” Qış-Yay İstirahət Kompleksində şəhidlərimizin övladları üçün III qış düşərgəsi reallaşdırılıb.

Azturkxeber.az xəbər verir ki, məqsəd iştirakçılar arasında qış mövsümünə uyğun idman növlərinə marağın artırılması, onların asudə vaxtlarının səmərəli təşkili, eləcə də yeni dostluq münasibətlərinin formalaşdırılması üçün şərait yaratmaqdır.

Düşərgədə Sumqayıt və Abşeron ərazilərində yaşayan 13–15 yaş aralığındakı şəhid övladları iştirak ediblər.

Proqram çərçivəsində iştirakçılar “Tufandağ” Qış-Yay İstirahət Kompleksində xizək təlimləri və dağ kosteri, dağ yelləncəyi kimi müxtəlif fəaliyyətlərdən istifadə edərək vaxtlarını səmərəli və maraqlı keçiriblər.

Həmçinin iştirakçılar Yel çərşənbəsini tonqal ətrafında birlikdə qeyd ediblər.

Layihənin sponsoru “AMO Group”, tərəfdaşı isə “Tufandağ” Qış-Yay İstirahət Kompleksidir.

Media tərəfdaş: ASAN TV/Radio






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    March 2026    »
MonTueWedThuFriSatSun
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031