azturkxeber.az
http://azturkxeber.az

Xameneinin yaralanması rəsmən təsdiqləndi

12-03-2026

“İranın yeni Ali Lideri Müctəba Xamenei yaralanıb, lakin özünü yaxşı hiss edir”.

Azturkxeber.az-ın məlumatına görə, bu sözləri İtaliyanın “Corriere della Sera” qəzetinə müsahibəsində İran XİN-in rəsmi nümayəndəsi Esmail Baqai deyib.

“O yaralanıb, lakin özünü yaxşı hiss edir. Onun ilk çıxışını nə vaxt edəcəyini bilmirəm. Yeni Ali Lider postuna 3-4 namizəd var idi, lakin Ekspertlər Şurasında əksəriyyət onu seçdi”, - Baqai qeyd edib.

Xatırladaq ki, 56 yaşlı M.Xamenei atası seyid Əli Xameneinin fevralın sonu öldürülməsindən sonra İranın yeni Ali Lideri seçilib. Xarici mediada onun İrana aviazərbələr zamanı yaralanması barədə xəbərlər yayılmışdı.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    March 2026    »
MonTueWedThuFriSatSun
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031