azturkxeber.az
http://azturkxeber.az

DYP əməkdaşlarının sayıqlığı nəticəsində narkotik vasitənin təsiri altında olan "ZİL" sürücüsü saxlanılıb

12-03-2026

Abşeron rayon sakini Ramil Bünyatov idarə etdiyi “ZİL” markalı nəqliyyat vasitəsi ilə yol hərəkəti qaydalarını pozduğu üçün Ekoloji Nəzarət üzrə Yol-Patrul Xidməti Bölüyünün əməkdaşları tərəfindən saxlanılıb.

Bu barədə Azturkxeber.az-a Dövlət Yol Polisi İdarəsi mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, sürücünün davranış və hərəkətlərinin qeyri-adekvat olması YPX əməkdaşlarında şübhə doğurduğundan o, tibbi müayinədən keçmək üçün müvafiq qaydada tibbi müəssisəyə aparılıb. Müayinə zamanı Ev.Bünyatov müxtəlif yollarla tibbi müayinədən yayınmağa cəhd göstərsə də, aparılmış müayinə nəticəsində onun narkotik vasitə qəbul etdiyi müəyyən edilib.

Törətdiyi qanun pozuntuları ilə bağlı R.Bünyatov barəsində inzibati tənbeh tədbirləri görülüb.

Baş Dövlət Yol Polisi İdarəsi bir daha bildirir ki, alkoqol sərxoşluğu və ya narkotik, eləcə də digər psixotrop maddələrin təsiri altında nəqliyyat vasitəsini idarə edən şəxslər yol hərəkəti üçün ciddi təhlükə mənbəyidir. Bu kimi kobud qayda pozuntularına qarşı nəzarət tədbirləri davam etdirilir və belə hallara yol verən şəxslər barəsində qanunvericiliyin tələblərinə uyğun olaraq qətiyyətli tədbirlərin görülməsi bundan sonra da təmin ediləcək.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    March 2026    »
MonTueWedThuFriSatSun
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031