azturkxeber.az
http://azturkxeber.az

Sığortaolunanların sığortaçıda uçotu yalnız FİN ilə aparılacaq

10-03-2026

Prezident İlham Əliyevin imzaladığı yeni qanunvericilik aktları sosial sığorta sisteminin müasir yanaşmalar əsasında təkmilləşdirilməsi, sosial sığorta sahəsində prosedurların innovativ həllərlə sadələşdirilməsinə və xidmətlərin çevikliyinin artırılmasına yönəlib.

Bu barədə Azturkxeber.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, bu dəyişikliklərlə sığortaolunanların sığortaçıda uçotu bundan sonra yalnız sığortaolunanın şəxsiyyət vəsiqəsinin Fərdi İdentifikasiya Nömrəsi (FİN) əsasında aparılacaq və bunun üçün artıq sosial sığorta nömrəsinə (SSN) ehtiyac qalmayacaq.

Əgər bu vaxta qədər sığortaolunanlar (işçilər) barədə sığortaedənlər (işəgötürənlər) tərəfindən rüblük hesabatlar təqdim edilərkən həm SSN, həm də FİN-in ayrıca göstərilməsi tələb olunurdusa, artıq SSN göstərilməsi tələb olunmayacaq.

Beləliklə, yeni dəyişikliklərlə sığortaolunanların sığortaçıda uçotu yalnız FİN ilə aparılmaqla, müvafiq sahədə məlumat mübadiləsi daha sürətli və dəqiq həyata keçiriləcək. İşə qəbul edilən şəxslərdən əlavə olaraq sosial sığorta nömrəsi tələb edilməyəcək, sosial sığorta sistemində inzibati prosedurlar optimallaşdırılacaq.

Həmçinin, sosial sığorta sistemi ilə bağlı elektron xidmətlərin səmərəliliyi daha da artacaq, bu sahədə proseslərin daha sadə, şəffaf və operativ həyata keçirilməsi təmin ediləcək.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    March 2026    »
MonTueWedThuFriSatSun
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031