azturkxeber.az
http://azturkxeber.az

Milli Məclisin deputatları Qazaxıstanda referendumu müşahidə edəcəklər

10-03-2026

Milli Məclisin bir qrup deputatı Qazaxıstan Respublikasında martın 15-də keçiriləcək ümumxalq referendumunu müşahidə etmək üçün bu ölkənin Almatı və Astana şəhərlərinə səfər edəcək.

Bu barədə Azturkxeber.az-a Milli Məclisin Mətbuat və

ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Məlumata görə, yeni Konstitusiyanın qəbulu ilə bağlı keçirilən referendumu Milli Məclisin sədr müavini Ziyafət Əsgərov, deputat Bəxtiyar Əliyev MDB Parlamentlərarası Assambleyasının xətti ilə, deputat Fariz İsmayılzadə MDB İcraiyyə komitəsinin xətti ilə, deputat Məlahət İbrahimqızı Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) xətti ilə Astana şəhərində, deputat Tamam Cəfərova isə TÜRKPA xətti ilə Almatı şəhərində izləyəcəklər.

Milli Məclisin deputatları bir sıra seçki məntəqələrinə baş çəkəcək, referenduma hazırlıq səviyyəsi ilə yaxından tanış olacaq, referendum günü seçicilərin fəallığını və səsvermənin gedişini müşahidə edəcəklər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    March 2026    »
MonTueWedThuFriSatSun
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031