Son iki gündə 99 cinayətin üstü açılıb, 97 şübhəli saxlanılıb

Bu barədə Azturkxeber.az-a DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, martın 7-də və 8-də ölkə ərazisində qeydə alınan 99, əvvəlki dövrlərdən bağlı qalan 14 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
Axtarışda olduğuna görə ümumilikdə 90, o cümlədən borclu şəxs qismində axtarışda olan 52 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Narkotiklərlə əlaqəli 46, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 17 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 97 nəfər saxlanılıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: