azturkxeber.az
http://azturkxeber.az

Polis 43 kq narkotiki qanunsuz dövriyyədən çıxarıb

09-03-2026

DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması məqsədilə əməliyyatlar davam etdirilir. Paytaxt ərazisində keçirilən növbəti tədbirlər zamanı Fərid Əhmədov, tanışı Pünhan Cəlilov, Taleh Sadıqov və Ruslan Hüseynli saxlanılıblar.

Azturkxeber.az xəbər verir ki, onlardan ümumilikdə 43 kiloqram 500 qram tərkibinə zərərli maddələr əlavə edilmiş marixuana aşkarlanıb. Saxlanılanların narkotikləri pul qazanmaq məqsədilə müxtəlif ünvanlara yerləşdirməyi planlaşdırdıqları məlum olub.

Faktlarla bağlı cinayət işləri başlanılıb, saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    March 2026    »
MonTueWedThuFriSatSun
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031