azturkxeber.az
http://azturkxeber.az

Pakistan Senatının sədri Seyid Yusuf Rza Gilani Milli Məclisin sədri Sahibə Qafarovaya telefonla zəng edib

08-03-2026

Pakistan İslam Respublikası Senatının sədri Seyid Yusuf Rza Gilani Azərbaycan Respublikası Milli Məclisinin sədri Sahibə Qafarovaya telefonla zəng edib.

Azturkxeber.az xəbər verir ki, bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Məlumata görə, telefon danışığı zamanı regionda cərəyan edən proseslər müzakirə edilib. Seyid Yusuf Rza Gilani İran İslam Respublikasının Azərbaycana qarşı dron hücumlarından narahatlığını ifadə edib və bu hücumları qınadığını bildirib. O, Pakistan dövlətinin hər zaman Azərbaycanın yanında olduğunu söyləyib.

Milli Məclisin sədri Sahibə Qafarova göstərilən dəstəyə və həmrəyliyə görə minnətdarlığını bildirib.

Telefon danışığı zamanı, həmçinin dünyada mövcud gərgin proseslər fonunda parlamentlər arasında əməkdaşlığın daha da dərinləşdirilməsi ilə bağlı da fikir mübadiləsi aparılıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    March 2026    »
MonTueWedThuFriSatSun
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031