İran Dövlət Televiziyasının "Telegram" kanalı bu haqda məlumat yayımlayıb.
Azturkxeber.az xəbər verir ki, məlumatda deyilir: "Xatəmül-Ənbiya Mərkəzi Qərargahının sözçüsü deyib:
"İran İslam Respublikasının Silahlı Qüvvələri bölgədəki amerikalı və sionist təcavüzkarlarla genişmiqyaslı döyüşlərdə iştirak etməsinə baxmayaraq, hərtərəfli səylərlə dost, qonşu və müsəlman ölkələrinin milli təhlükəsizliyinə və mənafelərinə heç bir zərər gəlməməsinə çalışıb.
İranın qonşusu olan Azərbaycan Respublikasına bir müsəlman ölkəsi olaraq elan edirik ki, bölgədə qeyri-sabitliyin genişlənməsinin qarşısını almaq üçün sionistləri həmin ölkədən çıxarsınlar və öz xalqının, eləcə də İslam İranının təhlükəsizliyini təhlükəyə atmasınlar."
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.