azturkxeber.az
http://azturkxeber.az

Naxçıvandan gələn AZAL sərnişinləri Iğdırda gül-çiçəklə qarşılandı

06-03-2026

Naxçıvan Hava Limanının İran pilotsuz uçuş aparatlarının hücumları səbəbindən müvəqqəti bağlanmasından sonra Azərbaycan Hava Yolları (AZAL) aviaşirkətinin Iğdır Hava Limanına enən ilk reysi Türkiyədə gül-çiçəklə qarşılanıb.

Azturkxeber.az xəbər verir ki, Türkiyə tərəfi sərnişinləri və ekipaj üzvlərini səmimi şəkildə qarşılayaraq onlara çiçəklər təqdim edib. Bu addım iki qardaş ölkə – Azərbaycan və Türkiyə arasında həmrəyliyin və dəstəyin növbəti nümunəsi kimi qiymətləndirilir.

Xatırladaq ki, İranın pilotsuz uçuş aparatlarının hücumları fonunda təhlükəsizlik səbəbilə Naxçıvan Beynəlxalq Hava Limanının fəaliyyəti müvəqqəti dayandırılıb. Bununla əlaqədar olaraq bəzi reyslər alternativ olaraq Iğdır şəhərinə yönləndirilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    March 2026    »
MonTueWedThuFriSatSun
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031