azturkxeber.az
http://azturkxeber.az

Milli Məclisin deputatları Latviyaya səfər edəcəklər

06-03-2026

Milli Məclisin Latviya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Kamran Bayramov, üzvləri Fazil Mustafa və Sevil Mikayılova martın 9-da Latviya Respublikasının Riqa şəhərinə səfər edəcəklər.

Bu barədə Azturkxeber.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Məlumata görə, səfər çərçivəsində parlamentlərarası əlaqələrin inkişafı və əməkdaşlığın genişləndirilməsi barədə müzakirələrin aparılması və bir sıra görüşlərin keçirilməsi nəzərdə tutulub.

Səfər martın 13-də başa çatacaq.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    March 2026    »
MonTueWedThuFriSatSun
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031